Evləri təhlükədə qoyan Ağsuçayın məcrası dəyişdirildi


Digərləri 01 Mar 2018 14:24:00 220 0

Evləri təhlükədə qoyan Ağsuçayın məcrası dəyişdirildi

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində bəzi evlərdə yarana biləcək təhlükənin qarşısını almaq üçün tədbirlərə başlanılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu rayon icra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, məcrasından çıxan Ağsuçayın bəndlərə tərəf axınının qarşısı alınıb:

"Çayın evlər istiqamətindəki bəndlərini su yumuşdu. Bu da evlər üçün real təhlükəyə çevrilmişdi. Hadisə yerinə ağır texnikalar cəlb edildi və suyun bəndlərə tərəf axınının qarşısı alındı və çay başqa istiqamətə axır. Artıq həmin istiqamətə axın yoxdur. Artıq çayın məcrası dəyişdirildiyindən təhlükə də ciddi deyil".