Ermənistanda hərbi hissə komandiri həbs olundu


Dünya 01 Mar 2018 14:16:00 272 0

Ermənistanda hərbi hissə komandiri həbs olundu

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasından külli miqdarda oğurluq olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, hərbi polisin apardığı araşdırma nəticəsində məlum olub ki, 2015-2017-ci illər ərzində N saylı hərbi hissədən (Mərkəzi Dərman Bazası) 40 milyon dram (təqribən 83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb.

Faktla bağlı cinayət işi başlanıb, hərbi hissənin komandiri, mayor L. A. tutulub.