O, yaddaşlarda cəsur, qorxmaz zabit kimi yaşayır


Digərləri 01 Mar 2018 13:40:00 324 0

O, yaddaşlarda cəsur, qorxmaz zabit kimi yaşayır

Azərbaycan polisinin 100 illik yubileyi ərəfəsində keçilən hər addım yola, bu şərəfli tarixin hər gününə boylanıb baxanda Vətənə sədaqət, dövlətə, dövlətçiliyə, xalqa sədaqətin nümunəsini görürük. Torpaqlarımızın müdafiəsində şəhid olan, eləcə də ölkədə cinayətkarlığa qarşı mübarizədə, qayda-qanunun qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən mərdliklə həlak olan polislərimizin keçdiyi yol heç zaman unudulmayacaq.

***  

1997-ci il martın 11-də Siyəzəndə ağır cinayət hadisəsi baş verdi. Rayon Polis Şöbəsinə şəhər sakini Əlişir Tağıyevdə odlu silah olması barədə daxil olan məlumatın yoxlanması ilə əlaqədar əməliyyat qrupu həmin şəxsin yaşadığı ünvana getdilər. Qrupa isə rəis müavini İmran Mustafayev rəhbərlik edirdi. Hazırda RPŞ-nin rəis müavini işləyən polis polkovnik-leytenantı Arzu Rzayev isə 1997-ci ildə əməliyyat müvəkkili kimi çalışırdı və o da əməliyyat qrupunda idi.

Əli silahlı cinayətkar onu zərərsizləşdirməyə gələn polisləri avtomatdan açılan güllələrlə qarşılayır. Ə.Tağıyevlə üzbəüz gələn Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Daşqın Turabov onu zərərsizləşdirməyə cəhd etsə də, qəfil atəşə tuş gəlir. Xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq D.Turabovun həyatını xilas etmək olmur. O, öz polis yoldaşlarının həyatını xilas etmək üçün öz canını fəda edir.

İş yoldaşlarının yaddaşlarına daimi həkk olunan Daşqın Turabov bu gün də unudulmur. RPŞ-nin girişində Daşqın Turabovun əziz xatirəsinə həsr olunmuş guşə yaradılıb. Polis şöbəsinin yerləşdiyi küçəyə isə Daşqın Turabovun adı verilib.


Xəbərə aid fotolar