Parisdə deputatlar evsizlərə diqqət ayrılması üçün gecəni küçədə keçiriblər


Dünya 01 Mar 2018 13:07:16 287 0

Parisdə deputatlar evsizlərə diqqət ayrılması üçün gecəni küçədə keçiriblər

Şəhər şuralarının 30 deputatı gecəni Paris küçələrində yataq torbalarında keçirib

Fransada paytaxt Parisin İl de Frans regionunun şəhər şuralarının, təqribən, 30 deputatı evsizlərə yardımın həcminin artırılması tələbə ilə aksiya təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir, nümayişçilər gecəni Parisin küçələrində, o cümlədən şəhərin şərqindəki Austerlits dəmir yolu vağzalı yaxınlığında yataq torbalarında keçiriblər.

Depitatlar dövlətin qış aylarında evsizlərə təmin etdiyi yardım səviyyəsinin kifayət qədər olmadığnı iddia edirlər.

Onlar yanvarın əvvəlindən İl de Frans regionunda artıq evi olmayan 20 nəfərin öldüyünü xatırladıblar.

Ümumilikdə Parisdə küçələrdə azı 3 min evsiz yaşayır.

Parisdə hava şəraitinin pisləşməsi ilə əlaqədar şəhər rəhbərliyi "Böyük soyuq" planını işə salıb və plan çərçivəsində evsizlər üçün gecə sığınacaqlarında əlavə 1900 yer təşkil edilib.