İzmirdə ümummilli lider Heydər Əliyevin büstü açılıb


Digərləri 01 Mar 2018 12:51:00 217 0

İzmirdə ümummilli lider Heydər Əliyevin büstü açılıb

İzmirdə ümummilli lider Heydər Əliyevin büstü açılıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin İzmir şəhərinin Karşıyaka bələdiyyəsi ərazisində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstü açılıb. Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycanın millət vəkili Qənirə Paşayeva, türkiyəli deputatlar və digər rəsmi şəxslər iştirak ediblər. Eyni zamanda, tədbirdə Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edilib.