Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verildi


Digərləri 01 Mar 2018 12:32:00 226 0

Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verildi

Fevralın 28-də Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib.

Son.az APA-ya istinadən xəbər verir ki, A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb. Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.