SalamNews İnformasiya Agentliyinin 8 yaşı tamam oldu


Digərləri 01 Mar 2018 12:04:00 219 0

SalamNews İnformasiya Agentliyinin 8 yaşı tamam oldu

Son.az xəbər verir ki, bu gün Azərbaycanın media məkanında öz yeri və auditoriyası olan SalamNews İnformasiya Agentliyinin (www.salamnews.org) fəaliyyətə başlamasının 8-ci ili tamam olur.

Qeyd edək ki, Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən isə fəaliyyətə başlayıb. 2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.

İnternetdə Azərbaycan və rus dillərində xəbərlər yayan SalamNews obyektivliyi və hadisələrə bitərəfli münasibəti ilə seçilir. Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentliyin xəbərlərində hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafika, video və foto materiallara geniş yer verilir.