Bakı küçələrindəki bu insanlar Manaf Ağayevin adamlarıdır? VİDEO


Digərləri 01 Mar 2018 11:44:00 188 0

Bakı küçələrindəki bu insanlar Manaf Ağayevin adamlarıdır?  VİDEO

Dünən "5/5"-in qonaqları Manaf Ağayev və Əflatun Qubadov olduğu barədə məlumat vermişdik.

Bakıda efirə çıxan bu iki məşhura görə insanlar küçələrə axışdı - Bahalı avtomobillərlə - FOTO

Son.az xəbər verir ki, Zaur verilişdə adı çəkilən müğənnilərin pərəstişkarlarının çoxunun yer azlığından studiyaya daxil ola bilmədiyi barədə məlumat verib. Aparıcı Manaf və Əflatun sevərlərin həmin dəqiqələrdə "Xəzər" telekanalının qarşısında izdihamının görüntüsünü təqdim edib.

Kadrlarda bahalı avtomobillər və üzərlərində daha çox Manaf Ağayevin şəkillərinə rast gəlinən bu görüntülər "Hər şey daxil"in aparıcısı, prodüser Toliki qıcıqlandırıb.

Bunu prodüserin aparıcılığını etdiyi verilişdə bu gün səhər söylədiyi bir ifadə aşkar edib.