Məktəblər 100 min, müəllimlər 10 min manat qrant ala bilər


Digərləri 01 Mar 2018 10:47:00 222 0

Məktəblər 100 min, müəllimlər 10 min manat qrant ala bilər

BŞTİ-nin tabeliyindəki 42 nömrəli tam orta məktəbdə 2018-ci il üzrə elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi ilə əlaqədar maarifləndirici görüş görüş keçirilib. Görüşdə İdarənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.

İdarədən Son.az-a verilən məlumata görə, görüşdə qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və müvafiq təhsil ocaqlarında çalışan pedaqoji işçilər qatıla bilər. Ümumilikdə 9 mövzu üzrə təşkil olunan müsabiqədə iştirak etmək üçün www.grants.edu.az  saytında qeydiyyatdan keçməli və müvafiq sənədlər sistemə yüklənməlidir. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Hər iki kateqoriya üzrə layihələrin icra müddəti 3-12 aydır. Fevralın 14-dən martın 5-dək qəbul edilən layihələrin icrasına aprelin 15-dən başlanacaq. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.

Görüşün sonunda məktəb direktorlarını və müəllimləri maraqlandıran suallar cavablandırılıb.