Hind kinosunun əfsanəsi ilə milyonlar vidalaşdı VİDEO FOTO


Digərləri 01 Mar 2018 10:22:00 386 0

Hind kinosunun əfsanəsi ilə milyonlar vidalaşdı  VİDEO  FOTO

Hindistanın Mumbay şəhərində aktrisa Şridevinin dəfn mərasimi keçirilib.

Son.az İndian Express-ə istinadən bildirir ki, hind kinosunun əfsanəvi, Bollivud ulduzu, əsl ad və soyadı Şri Amma Yanger Ayyapan olan 54 yaşlı Şridevi Kapur fevralın 24-də vəfat edib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Jumeirah Emirates Towers" otelinin nömrəsində keçinmiş 54 yaşlı aktrisanın qanında alkoqol aşkarlanıb.

O, vannada çimərkən boğulub.

Dubay şəhər polisindən verilən məlumata görə, məhkəmə-tibb ekspertləri ölümlə bağlı araşdırmanı qapadıblar. Ölüm təsadüf sayılıb.

Aktrisanın cənazəsi Dubaydan Mumbaya hind milyarder Anil Ambaninin özəl reaktiv təyyarəsində aparılıb.

Şridevi karyerası ərzində 256 filmə çəkilib. O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynayıb.

Dubaya əri, prodüser Boni Kapur, habelə qızları Canvi və Huşi ilə birlikdə bacısı oğlu Mozita Marvaşın toyuna yollanmış Şridevinin toydakı rəqs videosu da yayılıb.

"Toyu müvəqqəti tərk edib otelə yollanmışdıq. Nömrəyə qalxdıq. Şridevi çimmək istədiyini dedi və vanna otağına girdi. Mən də ayaqyoluna getdim. 15 dəqiqə sonra vanna otağının qapısını döyəndə səs gəlmədi. Onu çağırdım, qışqırdım - cavab yoxdu. Narahat oldum, vanna otağının qapısını sındırdım. Şridevi vannada uzanmışdı, ölmüşdü", - Boni Kapur deyib.