AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək


Digərləri 01 Mar 2018 10:25:00 305 0

AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək

"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına texniki kömək göstərəcək".

Son.az xəbər verir ki, bunu Trend-ə bankın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş mətbuat katibi Anton Usov deyib.

A.Usov xatırladıb ki, müvafiq niyyət protokolu Azərbaycan Energetika Nazirliyi ilə AYİB arasında 2017-ci ilin sentyabrında bankın prezidenti Suma Çakrabartinin Bakıya səfəri zamanı imzalanıb:

"Bu protokol nazirliyə müstəqil enerji tənzimləyicisinin yaradılmasına kömək göstərilməsini də nəzərdə tutur".