Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq sazişi təsdiq edildi


Digərləri 01 Mar 2018 10:17:00 191 0

Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq sazişi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətinə bildiriş göndərmək tapşırılıb. Qeyd edək ki, Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin