Bakıda Xəzəryanı Humanitar Yardım Mərkəzi açılacaq


Siyasət 01 Mar 2018 10:00:30 202 0

Bakıda Xəzəryanı Humanitar Yardım Mərkəzi açılacaq

Yuri Brajnikov deyib ki, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Nikaraqua və Kubada da belə humanitar yardım mərkəzlərinin açılması mümkündür

 Bakıda Xəzəryanı Humanitar Yardım Mərkəzinin açılması planlaşdırırlır.

“Report” xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyi yanında “Emerkom” Rusiyanın Beynəlxalq Humanitar Əməliyyatlarda İştirakının Təminatı və Əlaqələndirmə Agentliyinin direktoru Yuri Brajnikov bildirib.

Onun sözlərinə görə, ilk dəfə Serbiyanın Niş şəhərində Rusiya-Serbiya Humanitar Mərkəzi yaradılıb: “Bu bizim ümidlərimizi doğrultdu. İkinci mərkəzi Yerevanda açmışıq. Növbəti mərkəz isə Bakıda yaradılacaq”.

Y.Brajnikov deyib ki, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Nikaraqua və Kubada da belə humanitar yardım mərkəzlərinin açılması mümkündür. 

Qeyd edək ki, martın 1-i Beynəlxalq Mülki Müdafiə Günüdür.