AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək (ÖZƏL)


Digərləri 01 Mar 2018 10:08:51 195 0

AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək (ÖZƏL)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına texniki kömək göstərəcək.

Bakı. Ənvər Məmmədov - Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına texniki kömək göstərəcək. Bunu Trend-ə bankın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş mətbuat katibi Anton Usov deyib. A.Usov xatırladıb ki, müvafiq niyyət protokolu Azərbaycan Energetika Nazirliyi ilə AYİB arasında 2017-ci ilin sentyabrında bankın prezidenti Suma Çakrabartinin Bakıya səfəri zamanı imzalanıb: "Bu protokol nazirliyə müstəqil enerji tənzimləyicisinin yaradılmasına kömək göstərilməsini də nəzərdə tutur".