Britaniyada baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb


Dünya 01 Mar 2018 08:58:00 247 0

Britaniyada baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb

Britaniyanın hüquq-mühafizə orqanları Lesterdə üçmərtəbəli evdə baş vermiş yanğın və partlayış hadisəsi ilə bağlı 3 nəfəri saxlayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, saxlanılanlar sorğu-sual olunurlar. Xatırladaq ki, hadisə fevralın 25-də baş verib. Hadisə zamanı 5 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.