ABŞ polisi təhlükəli ermənini güllələyib


Dünya 01 Mar 2018 08:38:00 198 0

ABŞ polisi təhlükəli ermənini güllələyib

ABŞ-ın Los-Anceles şəhərinin polisi onlara təhlükə törədən ermənini güllələyib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Los-Ancelesin polis rəisi Çali Beka məlumat yayıb.

Onun sözlərinə görə, öldürülən şəxs Panorama-Sitinin 22 yaşlı sakini, intihara meylli Orbel Nazaryandır. Həmin şəxs polisə zəng edərək tapançasının və bıçağının olduğunu xəbər verib. Əraziyə gələn asayiş keşikçiləri Nazaryanın əlində yarım metrlik kəsici alətin olduğunu görüblər. Bundan əlavə, erməni polisə tabe olmaqdan imtina edib və onlara təhlükə törədib.