"Bakı Biznes Mərkəzi"ndə mərmi tapıldı FOTO


Digərləri 01 Mar 2018 08:23:00 314 0

"Bakı Biznes Mərkəzi"ndə mərmi tapıldı  FOTO

Bakının Nərimanov rayonu ərazisində mərmi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata əsasən, 28 Fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Bakı Biznes mərkəzinin həyətinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş 152 mm-lik top mərmisi (G-530) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Xəbərə aid fotolar