Microsoftla Xiaomi anlaşdılar


Digərləri 01 Mar 2018 08:01:00 224 0

Microsoftla Xiaomi anlaşdılar

ABŞ-ın "Microsoft" korporasiyası və Çinin "Xiaomi" smartfon istehsalçısı arasında "bulud" texnologiyaları, süni intellekt və aparat təminatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Son.az ICTnews-a istinadən bildirir ki, Çin şirkəti ABŞ korporasiyası ilə saziş imzalamaqla Qərbdə, xüsusilə ABŞ-da biznesini genişləndirmək niyyətindədir. Öz növbəsində "Microsoft" üçün əməkdaşlıq Çin bazarının geniş əhatə olunması deməkdir.  

Məlumata görə, memorandum şirkətlərin texnologiyalarından qarşılıqlı istifadəni nəzərdə tutur. Belə ki, "Microsoft" korporasiyası "Xiaomi" şirkətinə smartfonların hazırlanması üçün "Azure" kimi "bulud" hesablama məhsullarından istifadə imkanı yaradacaq. Bunun Çin istehsalçısının beynəlxalq bazara çıxışına kömək edəcəyi bildirilir.  

Tərəflər, həmçinin süni intellekt sahəsində "Microsoft" texnologiyalarından, o cümlədən  "Cortana" səsli köməkçi funksiyasından birgə istifadəni müzakirə edirlər.