BMTnin baş katibi Minsk qrupuna dəstək verdi


Siyasət 01 Mar 2018 08:05:00 251 0

BMTnin baş katibi Minsk qrupuna dəstək verdi

Baş katib bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnaçakyanla görüşündə deyib

BMT-nin baş katibi Antoniu Quttereş Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini dəstəkləyir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, baş katib bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnaçakyanla görüşündə deyib.

Antoniu Quttereş BMT-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəyişilməz dəstəyini təsdiqləyib.