Samsung yeni smartfonlarını təqdim etdi VİDEO


Digərləri 01 Mar 2018 07:41:00 193 0

Samsung yeni smartfonlarını təqdim etdi  VİDEO

"Samsung" korporasiyası yeni "Galaxy S9" və "S9 Plus" smartfonlarını təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, qurğunun standart versiyası 2960x1440 nöqtə təsvir ölçülü 5,8 düymlük ekranla təchiz edilib. "Galaxy" seriyasının əvvəlki nəslindən fərqli olaraq barmaq izləri skaneri indi kameranın alt hissəsində yerləşib. "Plus" versiya eyni təsvir ölçülü 6,2 düymlük ekranla təchiz edilib.

Hər iki aparat səkkiznüvəli "Exynos 9810" prosessoru ilə təchiz edilib. Standart versiya 4 QB-lıq, "plus" versiya isə 6 QB-lıq əməli yaddaşa malikdir. Həmçinin smartfonlar ikiqat diafraqma (f/1.5-f/2.4) və optik sabitləşmə sisteminə malik əsas kamera ilə təchiz ediliblər. Ancaq "S9 Plus" smartfonu əlavə genişbucaqlı kameraya malikdir.


Xəbərə aid video