BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəkləyir


Siyasət 01 Mar 2018 00:40:20 293 0

BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəkləyir

Baş katib bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnaçakyanla görüşündə deyib

BMT-nin baş katibi Antoniu Quttereş Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, baş katib bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnaçakyanla görüşündə deyib. 

Antoniu Quttereş BMT-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəyişilməz dəstəyini təsdiqləyib.