Çexiyada AXC-in yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub (FOTO)


Digərləri 01 Mar 2018 00:16:00 235 0

Çexiyada AXC-in yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub (FOTO)

28 fevral tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) tərəfindən Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub.

Bakı. 28 fevral tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) tərəfindən Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub. Trend-ə səfirlikdən verilən məlumata əsasən, sözügedən sərgidə ölkəmizin keçdiyi tarixi yol, habelə ermənilər tərəfindən ölkəmizə qarşı törədilən soyqırım haqqında fotoşəkillər nümayiş etdirilib. Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında belə fotosərginin keçirilməsinin, Azərbaycan haqqında yerli ictimaiyyətin daha geniş məlumat əldə etmək imkanı yaratdığını bildirib. Səfir Fərid Şəfiyev daha sonra Çeske Budoyeviçe şəhərinin yerli televiziya kanalına müsahibə verib və ölkələrimiz arasındakı münasibətlərə toxunub.