Tramp Təmim bin Həməd Al Tanini ABŞa dəvət edib


Dünya 28 Fev 2018 23:52:00 291 0

Tramp Təmim bin Həməd Al Tanini ABŞa dəvət edib

ABŞ prezidenti Donald Tramp və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

Son.az APA-ya istinadən xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Tramp Qətər əmirini aprel ayında ABŞ-a səfər etməyə dəvət edib.

"Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıb, Vaşinqtonla Doha arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək səylərini təsdiq ediblər", məlumatda deyilir.