Tbilisidə fasad şüşəsinin düşməsi nəticəsində xəsarət alan uşaqların 3ü azərbaycanlıdır


Digərləri 28 Fev 2018 23:45:00 361 0

Tbilisidə fasad şüşəsinin düşməsi nəticəsində xəsarət alan uşaqların 3ü azərbaycanlıdır

Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən 3-ün azərbaycanlı olduğu məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və sabah evə buraxılacağı gözlənilir.

Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.