Brüsseldə Azərbaycan dövlətçiliyi əleyhinə yönəlmiş tədbirin təşkilatçıları özlərini rüsvay ediblər


Digərləri 28 Fev 2018 23:33:00 244 0

Brüsseldə Azərbaycan dövlətçiliyi əleyhinə yönəlmiş tədbirin təşkilatçıları özlərini rüsvay ediblər

2018-ci il fevralın 28-də Brüssel Mətbuat Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin keçmiş rəhbəri, hazırda cinayət axtarışında olan Arif Məmmədov və özünü siyasi mühacir kimi təqdim edən Emin Hüseynov tərəfindən Azərbaycanda keçiriləcək prezident seçkilərinin qərəzli şəkildə təqdim edilməsini nəzərdə tutan tədbir tam iflasa uğrayıb.

Bu iki şəxs tərəfindən "dinləmə"  kimi qələmə verilən tədbirdə cəmi 7 nəfər iştirak edib, onlardan yalnız biri özünü Pakistan KİV-inin nümayəndəsi (?) kimi təqdim edib.

A.Məmmədov və E.Hüseynov Azərbaycan barədə qərəzli fikirlərlə zəngin giriş çıxışlarının ardınca, real həqiqətləri əks etdirən suallara cavab verməli olublar. Belə ki, Azərbaycan əslli bir Belçika vətəndaşı natiqlərə Xocalı soyqırımının ildönümünün qeyd edildiyi bir vaxtda niyə Azərbaycan xalqı üçün bu ağrılı məsələyə aid deyil, tam fərqli mövzuda tədbir tədbir keçirdiklərini, erməni lobbisinin Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə tədbir keçirdiyi eyni vaxtda niyə Azərbaycan diasporunun diqqət və səylərini parçaladıqlarını sorğu edib.