Ölümcül viruslarla işləyən amerikalı xəstələndi və sirli şəkildə itdi


Digərləri 28 Fev 2018 23:36:00 358 0

Ölümcül viruslarla işləyən amerikalı xəstələndi və sirli şəkildə itdi

ABŞ-ın Atlant şəhər polisi xəstəliklərin nəzarəti və profilaktikası mərkəzinin 2 həftə öncə yoxa çıxan əməkdaşını axtarır. Bu haqda "CBS News" xəbər verib. Polisin məlumatına görə, 35 yaşlı Timoti Cerrel Kanninqemi sonuncu dəfə 12 fevralda görüblər.

Son.az musavat.com-a istinadən bildirir ki, həmin gün o, özünü pis hiss etdiyi üçün yerli xəstəxanaya zəng edib. İtmiş şəxsin ailəsi onun evində özünə məxsus olan maşın, açarlar, kredit kartlar, pulqabı, telefon və itinin olduğunu aşkarlayıb. İtmiş amerikanın bacısı isə deyib ki, özünü dəhşət dolu serialın qəhrəmanı kimi hiss edir. Polis amerikalı gənc barədə istənilən informasiyanı verənə 10 min dollar mükafat təklif edir.