Xocalı soyqırımına həsr olunmuş film "Kanal Avrupa"da nümayiş etdirilib FOTO


Digərləri 28 Fev 2018 22:47:00 311 0

Xocalı soyqırımına həsr olunmuş film "Kanal Avrupa"da nümayiş etdirilib  FOTO

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə 2018-ci il 25 və 26 fevral tarixlərində Avropa ölkələrində 3 000 000-dan artıq tamaşaçı kütləsinə malik "Kanal Avrupa"da yayımlanan "Belçika aktuel" proqramı çərçivəsində, bu kanal tərəfindən ərsəyə gətirilmiş Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib.

Bu barədə Son.az-a Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Filmdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş 21-ci əsrin ən böyük cinayətlərindən biri olan bu faciə haqqında geniş bəhs edilib, rəsmilərin, beynəlxalq QHT və düşüncə mərkəzi nümayəndələrinin, eləcə də faciə şahidlərinin insanlıq əleyhinə bu qanlı cinayət barədə fikirlərinə yer verilib, dünya və Avropa ictimaiyyəti bu soyqırıma ədalətli yanaşma nümayiş etdirməyə dəvət olunub.


Xəbərə aid fotolar