Kronberq şəhərində AzərbaycanAlmaniya münasibətlərinə həsr olunmuş tədbir keçirilib FOTO


Digərləri 28 Fev 2018 22:14:00 212 0

Kronberq şəhərində AzərbaycanAlmaniya münasibətlərinə həsr olunmuş tədbir keçirilib  FOTO

27 fevral 2018-ci il tarixində Almaniyanın Kronberq şəhərində Alman Atlantik cəmiyyətinin və Schlosshotel Kronberqin birgə təşkilatçılığı ilə "Təhlükəsizlik siyasəti" silsiləsindən növbəti tədbir keçirilib.

Azərbaycanın AFR-dəki səfirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş budəfəki tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov əsas natiq qismində çıxış edib. "Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" mövzusunda çıxışı zamanı, səfir iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunub, eyni zamanda Azərbaycanın coğrafi mövqeyi, qonşu dövlətlərlə münasibətləri, tarixi, iqtisadiyyatı, mədəniyyəti və regiondakı geosiyasi vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin bölgənin inkişafına və sabitliyinə töhfə verdiyini bildirib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb.

Azərbaycan səfiri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və Azərbaycan ərazilərinin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən işğalının regional təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini bildirib.


Xəbərə aid fotolar