Cocuq Mərcanlıda kənd təsərrüfatı inkişaf etdirilir VİDEO


Digərləri 28 Fev 2018 21:36:00 294 0

Cocuq Mərcanlıda kənd təsərrüfatı inkişaf etdirilir  VİDEO

Cocuq Mərcanlıda kənd təsərrüfatı inkişaf etdirilir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köcürülən ailələrə yeni pay torpaqları veriləsə də, sahələrin suvarılmasında problemlər var idi. Artıq yeni nasos stansiyaları bu problemi aradan qaldıracaq. Çünki əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün nasos stansiyası və suvarma boru kəmərləri tikilib.

Son.az bildirir ki, Araz cayından götürülən su kanal vasiətsi ilə su nasos stansiyasına gətirilərək buradanan nasoslar vasitəsi ilə əkin sahələrinə veriləcək. İşlər yekunlaşanda Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsini suvarmaq mümkün olacaq.

Bundan əvvəldə kəndə gedən 9 kilometr yol asfaltlanıb, ailələr üçün içməli su xəttləri çəkilib. /xezerxeber.az