Prezident İlham Əliyev dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramını təsdiq edib


Siyasət 28 Fev 2018 21:12:00 256 0

Prezident İlham Əliyev dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramını təsdiq edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, prezident İlham Əliyev "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Səhiyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.