Fevralın 28i Beynəlxalq Nadir Xəstəliklər Günüdür


Digərləri 28 Fev 2018 21:03:00 227 0

Fevralın 28i Beynəlxalq Nadir Xəstəliklər Günüdür

Nadir xəstəliklərin öyrənilməsi üzrə Avropa təşkilatının (EURORDIS) təşəbbüsü ilin ən nadir günü - fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərin Günü statusu alıb. Qısa illərdə həmin gün fevralın 28-də qeyd edilir. Onun hədəfi-ictimaiyyətin diqqətini həmin problemə cəlb etmək, nadir xəstəliklərlə və onların təsiri haqqında məlumat çatdırmaqdan ibarətdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nadir xəstəliklərin müxtəlif simptomlarına və nəticələrinə baxmayaraq, xəstələrin əksəriyyətində oxşar problemlər müşahidə olunur. Bu, düzgün diaqnostikanın olmaması və diaqnoz qoyulmasında gecikmə, keyfiyyətli informasiyanın yoxluğu, xəstəlik haqqında elmi biliklərin, ağır ictimai şərait, müalicə və keyfiyyətli tibbi yardım göstərilməməsi, müalicənin yoxluğu ilə əlaqədardır.