Azərbaycanda xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib


Digərləri 28 Fev 2018 20:35:24 159 0

Azərbaycanda xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır. 

Sərəncamla “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.