Şotlandiyada təyyarə, qatar və avtobus səfərləri təxirə salınıb


Dünya 28 Fev 2018 19:39:58 397 0

Şotlandiyada təyyarə, qatar və avtobus səfərləri təxirə salınıb

Ölkədə güclü qar səbəbindən "qırmızı" təhlükə dərəcəsi tətbiq olunub

Şotlandiyada yağan güclü qar səbəbindən "qırmızı" təhlükə dərəcəsi tətbiq olunub.

"Report"un "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, xəbərdarlıq Britaniyanın "MET Office" Meteoroloji Xidməti tərəfindən edilib.

Sinoptiklər 24 saat ərzində qarın hündürlüyünün 40 sm-dək artacağını bildirirlər.

Əlverişsiz hava şəraiti səbəbindən təyyarə, qatar və avtobus səfərləri təxirə salınıb.

Bundan əlavə, elektrik enerjisinin verilişində də fasilələrin yaranacağı istisna edilmir.