Rus Pravoslav kilsəsinin rəhbəri təltif olunub


Digərləri 28 Fev 2018 19:39:18 197 0

Rus Pravoslav kilsəsinin rəhbəri təltif olunub

Rus Pravoslav kilsəsinin rəhbəri Bilik Fondunun Fəxri Fərmanı ilə təltif olunub.

Bakı. Rus Pravoslav kilsəsinin rəhbəri Bilik Fondunun Fəxri Fərmanı ilə təltif olunub Fonddan Trend-ə verilən məlumata görə, ulu öndər Heydər Əliyevin banisi olduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti nəticəsində davamlı olaraq möhkəmlənən, ölkəmizdə insan kapitalının formalaşması və zənginləşməsini təmin edən azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və milli sərvətimiz olan dilimizin təbliği Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Fondun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Rus Pravoslav kilsələrində, eləcə də Alban-udi xristian icmasında “Azərbaycan dili” üzrə təlim kursları təşkil olunub. Dövlət dilini rusdilli vətəndaşlara təcrübəli dil və ədəbyyat müəllimləri tədris edirlər. Hər il kursu uğurla bitirənlərə müvafiq sertifikatlar təqdim olunur. Dinləyicilər Bilik Fondu tərəfindən dərslik və lüğətlərlə, danışıq kitabçaları və əyani vəsaitlərlə təmin edilir, təlimlər dövründə Azərbaycan dilində film və teatr tamaşalarına dəvət olunur, muzey və sərgilərlə tanış olur, tanınmış yazıçılar və mədəniyyət xadimləri ilə görüşür, Fondun maarifləndirici layihələrinə qoşulurlar.