Münaqişələr GUAM ölkələri vətəndaşlarının hüquqlarının qorunmasına dair səyləri məhdudlaşır


Siyasət 28 Fev 2018 19:20:00 290 0

Münaqişələr GUAM ölkələri vətəndaşlarının hüquqlarının qorunmasına dair səyləri məhdudlaşır

Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi beynəlxalq aləmi GUAM məkanındakı münaqişələrdən əziyyət çəkən insanların fundamental haqlarının qorunmasına daha çox diqqət ayırmağa çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya üzrə naziri Tudor Ulianovski BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında GUAM-a üzv olan dörd dövlətin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birgə bəyanatını təqdim edərkən deyib.

O qeyd edib ki, münaqişələr və ərazi bütövlüyünün pozulması GUAM-a üzv olan ölkələrin bütün vətəndaşlarının hüquqlarının qorunmasına dair səyləri məhdudlaşır.

Xatırladaq ki, yanvarın 1-dən GUAM-da sədrlik Moldovaya keçib.