Xəzərdə yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir


Digərləri 28 Fev 2018 19:28:00 262 0

Xəzərdə yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir

İran bayrağı altında üzən "TARADİS" yük gəmisinin heyət üzvünün axtarışları bu gün də davam etdirilib.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılan axtarış işlərinə FHN-nin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.