Gürcüstana avtomobillə daxil olan əcnəbilərdən sığorta tələb olunacaq


Dünya 28 Fev 2018 19:30:00 235 0

Gürcüstana avtomobillə daxil olan əcnəbilərdən sığorta tələb olunacaq

Mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. 

Son.az APA-ya istinadən xəbər verir ki, qüvvəyə minəcək yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür.

Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. 15 günlük sığorta paketinin qiyməti 3,5 tona qədər çəkisi olan minik avtomobili üçün 30 lari (12 dollar), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir.