Osvaldo futbola qayıtmaq qərarına gəlib


İdman 28 Fev 2018 19:24:00 301 0

Osvaldo futbola qayıtmaq qərarına gəlib

"İnter", "Juventus" və "İnter"in sabiq futbolçusu Pablo Osvaldo 2016-cı ildə başa vurduğu karyerasını bərpa edir. Goal.az xəbər verir ki, forvard Argentina çempionatının 3-cü divizionunda çıxış edən "Taleres" klubu ilə anlaşıb. Osvaldonun son klubu "Boca Juniors" olub. Klub onunla müqaviləsini intizam pozuntusuna görə pozmuşdu. 32 yaşlı hücumçu həmin vaxt butslarını mismardan asıb diqqətini musiqi karyerasına yönəltmək qərarına gəlmişdi.