Tbilisidə üzərinə pəncərə şüşəsinin düşməsi nəticəsində ölən uşaq azərbaycanlıdır


Digərləri 28 Fev 2018 19:17:00 298 0

Tbilisidə üzərinə pəncərə şüşəsinin düşməsi nəticəsində ölən uşaq azərbaycanlıdır

Tbilisidə üzərinə pəncərə şüşəsinin düşməsi nəticəsində ölən uşaq azərbaycanlıdır 

Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib. Bədbəxt hadisə nəticəsində xəsarət almış uşaqlardan biri ölüb.

Xəstəxanada ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.