Azərbaycan ilə NATO-nun təhsil üzrə ekspertlərinin görüşü keçirilir


Siyasət 28 Fev 2018 18:57:20 283 0

Azərbaycan ilə NATO-nun təhsil üzrə ekspertlərinin görüşü keçirilir

Tədbirdə cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır

Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilir, eləcə də cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.