Dünyada milyarderlərin sayı artıb


Dünya 28 Fev 2018 18:53:00 257 0

Dünyada milyarderlərin sayı artıb

2017-ci ildə dünyada milyarderlərin sayı 437 nəfər artaraq 2 694 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Hujun" tədqiqat institutunun hesabatında deyilir.

Hesabata əsasən, dünyanın ən varlı şəxsi "Amazon" şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos olub. Onun varidatı 123 milyard dollar həcmində dəyərləndirilir. İkinci və üçüncü yerlərdə ABŞ-lı sahibkar Uorren Baffet (102 milyard dollar) və "Microsoft" şirkətinin təsisçisi Bill Geyts (90 milyard dollar) qərarlaşıb.

Milyarderlərın sayına görə ölkələr arasında Çin birinci yerdə qərarlaşıb. Hesabata əsasən, bu ölkədə 819 milyarder yaşayır. ABŞ-da yaşayan milyarderlərin sayı 571 nəfər təşkil edib.