Funt sterlinqin məzənnəsi kəskin ucuzlaşıb


İqtisadiyyat 28 Fev 2018 18:45:12 323 0

Funt sterlinqin məzənnəsi kəskin ucuzlaşıb

USD/GBP 1,38-ə geriləyib

Funt sterlinq İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Avropa İttifaqı (Aİ) tərəfindən təqdim edilən "Brexit" şərtlərinin "qəbul edilməsi mümkün olmayan" olduğunu bildirməsindən sonra kəskin ucuzlaşıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, USD/GBP məzənnəsi 1,39-dan 1,3809-a qədər geriləyib.

T.Mey Aİ tərəfindən irəli sürülən "ayrılıq" şərtlərinin xüsusilə Şimali İrlandiya və Birləşmiş Krallıq sərhədləri ilə bağlı mübahisəli olduğunu, belə şərtlərin heç bir İngiltərə baş naziri tərəfindən qəbul edilməsinin mümkün olmadığını bildirib.