"Gəlməmişəm ki, şəxsi həyatımdan danışım"


Digərləri 28 Fev 2018 18:47:00 384 0

"Gəlməmişəm ki, şəxsi həyatımdan danışım"

Müğənni Gülay Zeynallı son vaxtlar verilişlərə getməməsinin səbəbini açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Evimin qonaqları" verilişinə gələn sənətçi bildirib ki, qalmaqaldan qaçır:

"Verilişlərimiz ancaq qalmaqal istəyir. Adam əziyyətlə, dişi-dırnağı ilə bu səviyyəyə gəlib çıxıb. Mən bu reytinq xatirinə onu qurban vermək istəmirəm. Hər gün verilişə çıxa bilərəm. Amma bunu istəmirəm. 

Dəvət olunanda soruşuram qonaq kimdir, mövzu nədir? Bu, böyüklük kimi çıxmasın. Qalmaqal olan verilişə getmək istəmirəm. Çünki proqramdan sonra günlərlə yazacaqlar".