Unibankdan yeni aksiya: Yaz, al, xərclə


Digərləri 28 Fev 2018 18:44:00 258 0

Unibankdan yeni aksiya: Yaz, al, xərclə

Unibank-ın təklif etdiyi onlayn kredit sifarişi imkanları müştəri üçün əlavə vaxt itkisi olmadan, qısa müddət ərzində kredit sifariş etməyi mümkün edir.

Bakı. İstədiyiniz vaxt və istədiyiniz yerdə Unibank-dan kredit sifariş etmək istəyirsiniz? Əgər olduğunuz yerdə internet varsa, bu mümkündür. Bankdan Trend-ə verilən məlumata görə, Unibank-ın təklif etdiyi onlayn kredit sifarişi imkanları müştəri üçün əlavə vaxt itkisi olmadan, qısa müddət ərzində kredit sifariş etməyi mümkün edir. Bu kanallar vasitəsi ilə Unibankdan kredit sifarişi edə bilərsiniz: Unibank.az saytından (http://go.unibank.az/2FcSiNh); Unibank Mobile vasitəsi ilə (http://app.unibank.az/); 050 778 8117 whatsapp nömrəsinə yazaraq; Sosial şəbəkələrdən (Unibankın rəsmi facebook (https://www.facebook.com/unibank.az/) , instagram https://www.instagram.com/unibank.az/ və twitter (https://twitter.com/unibank) səhifələrindən) 8117 qısa sms nömrəsinə “kredit” sözünü göndərməklə; 117 məlumat mərkəzinə zəng edərək. Elə indi Unibank-dan kredit sifariş edərək, “Sizin üçün olsun!” sərfəli nağd kredit kampaniyasından faydalana bilərsiniz. Martın 20-dək Unibank-dan nağd istehlak krediti götürənlərə kredit komissiyalarında 50% endirim edilir. Kreditlərin illik effektiv faiz dərəcəsi isə 13%-dən (illik 23%-dən) başlayır. Üstəlik, 3 aylıq güzəşt müddəti də verilir. İlk 3 ayda müştərilər aylıq ödənişdə əsas borc hissəsini ödəməyəcək, əsas borcun ödənişinə dördüncü aydan başlayacaqlar. İndi Unibank-dan krediti götürmək müştərilərə xüsusi üstünlüklər verir: - 15 000 AZN-dək məbləğ; - illik effektiv faiz dərəcəsi min. 13% (illik 23%-dən); - 3 ayadək güzəşt müddəti;