İş adamı ögey qardaşını qaçırıb işgəncə verdi


Dünya 28 Fev 2018 18:28:00 261 0

İş adamı ögey qardaşını qaçırıb işgəncə verdi

Samsunda İsmet Y. (66) ötən ilin aprel ayında ögey qardaşı Halil Y.-ni dağ evinə aparıb, işgəncə verib.

Son.az Mynet-ə istinadən xəbər verir ki, işgəncəyə məruz qalan Halil Y. (51) "Pulu mən oğurlamadığımı söyləyincə qardaşım mənim saqqallarımı kəlbətinlə çəkib, yandırdığı siqareti başımda söndürdü. Sonra məni başqa bir otağa aparıb, orada döydülər" deyib.

İsmet Y. (66), ögey qardaşı Halil Y.-ni (51) işlətdiyi yanacaqdoldurma məntəqəsindən 10 milyon lirəni mənimsədiyini iddia edərək, hətta onun üzərinə benzin töküb yandırmaq istəyib. 


Xəbərə aid foto