"Manchester City" Sterlinqlə danışıqları yubadır


İdman 28 Fev 2018 18:15:00 305 0

"Manchester City" Sterlinqlə danışıqları yubadır

"Manchester City" Rahim Sterlinqlə yeni müqavilə üzrə danışıqları yaydan tez başlamayacaq. Goal.az xəbər verir ki, rəhbərlik bu barədə futbolçunu artıq məlumatlandırıb.

Sterlinqin müqaviləsi 2020-ci ildə başa çatır. Onun həftəlik qazancı 180 min funt təşkil edir. Sterlinqin agenti yeni müqavilə ilə məvacibin 280 min funta çatdırılmasını tələb edir. 23 yaşlı yarımmüdafiəçinin artırıb-artırmamaq məsələsinə yayda qərar veriləcək.