Elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb


Sosial 28 Fev 2018 17:56:00 268 0

Elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 28-də "Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyır. 

Sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.