Rütbəsi alınan polkovnikə 7 il güzəşt edildi


Digərləri 28 Fev 2018 17:37:00 235 0

Rütbəsi alınan polkovnikə 7 il güzəşt edildi

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi yekunlaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin icraatında olan prosesdə elan edilən qərara əsasən, V.Ələkbərovun cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin mülki iddiaları təmin edilməyib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.