"Yüksək Texnologiyalar Parkı”nın innovasiyalar mərkəzinin yaradılacağı tarix açıqlandı


Digərləri 28 Fev 2018 17:40:00 305 0

"Yüksək Texnologiyalar Parkı”nın innovasiyalar mərkəzinin yaradılacağı tarix açıqlandı

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı" MMC-nin yeni innovasiyalar mərkəzi 2019-cu ilin sonunadək istifadəyə veriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "Microsoft" innovasiya forumu zamanı MMC-nin rəhbəri Tural Kərimli deyib.

T.Kərimli qeyd edib ki, ərazisi 7 min kvadrat metrədək olan mərkəz "Bakı Telefon Rabitəsi" MMC-nin Xətai telekommunikasiya qovşağında yerləşəcək: "Mərkəzdə fəaliyyət göstərəcək bütün IT şirkətlərinə rezident statusu veriləcək ki, bu da onlara vergi üstünlüklərindən yararlanmağa imkan verəcək".