Şervud: "Liverpool"un əsas problemi qapı xəttindədir"


İdman 28 Fev 2018 17:12:00 368 0

Şervud: "Liverpool"un əsas problemi qapı xəttindədir"

"Tottenham" və "Aston Villa"nın sabiq baş məşqçisi Tim Şervud bu mövsüm "Liverpool"un Premyer Liqa çempionluğu mübarizəsində usta qapıçıya ehtiyacı olduğunu düşünür. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"Liverpool" indi "Manchester City" ilə rəqabətə aparmağa ən yaxın olan klubdur. Onlar Koutinyonu əldən versə də, onun yoxluğunu hiss etdirmədilər. Yayda Emre Canla yollar ayrılacaq, amma Nəbi Keyta komandaya qoşulacaq.

"Roma"nın qapıçısı Alison Beker pis variant deyil. Çox güman ki, onun müqaviləsində satınalma qiyməti göstərilib. Yoxsa "Liverpool" onunla maraqlanmazdı. "Qırmızılar"ın əsas problemi qapı xəttindədir. Klubun götür-qoy etməyə vaxtı yoxdur. Onlara 100 faizli namizəd lazımdır. "Liverpool" De Xea kimi qapıçı alsa, çempion imkanları artacaq".